Avropa Komissiyası üzv ölkələrə Ukraynanın uzunmüddətli təhlükəsizlik öhdəlikləri ilə təmin edilməsinə dair qərar layihəsini təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Sənəd layihəsini bu həftə AB səfirləri, gələn ay keçiriləcək sammitdə isə üzv dövlətlərin liderləri müzakirə edəcək. Bu layihə həm də Kiyev və G7 ölkələri arasında məsləhətləşmələrin əsasını təşkil edəcək. G7 üzvləri NATO-nun Vilnüsdə keçirilən sammitində Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün Ukrayna ilə ikitərəfli təhlükəsizlik öhdəlikləri əsasında danışıqlar aparmaq barədə razılığa gəliblər. Kiyev öz növbəsində hüquq-mühafizə, məhkəmə, təhlükəsizlik və müdafiə sahələri də daxil olmaqla, bir sıra islahatları davam etdirməyi öhdəsinə götürüb.
AB çərçivə sənədi bu ikitərəfli razılaşmalara əsaslanmaq məqsədi daşıyır və aşağıdakı təklifləri əhatə edir: Avropa müdafiə sənayesini səfərbər edən, Ukraynaya hərbi texnikanın verilməsi üçün proqnozlaşdırıla bilən, səmərəli, davamlı və uzunmüddətli mexanizm; Ukrayna silahlı qüvvələri üçün təlimlərin keçirilməsi; Ukraynanın kiber və hibrid təhdidlərə, eləcə də dezinformasiyaya qarşı mübarizə qabiliyyətinin gücləndirilməsi; Ukraynanın minaların təmizlənməsi və partlayıcı qalıqların yaratdığı çirklənmə ilə mübarizə səylərini dəstəkləmək; Ukraynaya AB-yə üzvlük prosesi ilə bağlı islahat proqramının həyata keçirilməsinə kömək etmək, onun odlu silah, yüngül silah və sursat ehtiyatlarına nəzarət etmək, eləcə də hansısa qeyri-qanuni dövriyyəyə qarşı mübarizə aparmaq qabiliyyətini gücləndirmək; Ölkənin enerji keçidi və nüvə təhlükəsizliyi səylərini dəstəkləmək; Kəşfiyyat və peyk görüntülərinin paylaşılması”, - məlumatda deyilir.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı