Son zamanlar kiberdələduzlar, müxtəlif sosial şəbəkələrin sponsorlu reklam xidmətindən istifadə edərək vətəndaşları saxta veb-saytlara yönləndirirlər. Belə ki, dələduzlar saxta veb-saytlarda SOCAR şirkətinin adından istifadə edərək vətəndaşlara müxtəlif məbləğlərdə pul vəsaiti təklif edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilib ki, vəsaitin əldə olunması üçün vətəndaşlardan ilk növbədə saytların müvafiq bölmələrindən müəyyən addımları həyata keçirmələri və sonda fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı dövlət qurumunun adından həyata keçirilən kampaniyalarla bağlı ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda bildirilir.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı