Azərbaycan sentyabr ayında Qarabağı tamamilə öz nəzarətinə qaytardıqdan sonra Qərbə qarşı bir az fərqli mövqe nümayiş etdirməyə başlayıb. Bakı Azərbaycan əleyhinə bəyanatlara cavab olaraq güzgü effekti ilə reaksiya verməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Fenenko deyib.
“Əgər əvvəllər Azərbaycan AB və ya Vaşinqtonun vasitəçilik platformasından istifadə edirdisə, indi ABŞ və AB-nin antiazərbaycan hücumlarına reaksiya verir və bu danışıqlar platformalarını mahiyyətcə əngəlləyir. Çünki bu platformalar açıq şəkildə Azərbaycanın maraqlarına qarşı çevrilməyə başlayib. Bakı praktiki, konstruktiv yanaşma nümayiş etdirməyə hazır olan AB dövlətləri ilə münasibətlər quracaq. Qarabağ məsələsinin həlli ilə Azərbaycan və Ermənistan arasında vasitəçilik ehtiyacı aradan qalxdı. Bəli, ABŞ və Fransa özləri üçün yeni variantlar axtarırlar və Cənubi Qafqaza qayıtmaq strategiyaları üzərində işləyirlər. İrəvan isə Qərb tərəfdaşlarını vəziyyətə necə cəlb etmək variantlarını axtarır. Qərbin Ermənistana dəstəyi İrəvanda düşünüldüyü qədər fədakar deyil. Beləliklə, Qərb qüvvələri Ermənistanla Azərbaycan arasında dayanmaq istəyir və deyirlər ki, siz bir-birinizlə ancaq bizim vasitəmizlə danışa bilərsiniz”, - o bildirib.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı