Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əmək haqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin əməkdaşı Səməd Səmədov deyib.
Onun sözlərinə görə, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı