Bu gün Ağdaş və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin 162,4-cü km-də və 147,5-ci km-də görüləcək təmir işləri ilə əlaqədar “Şəmsəbad 2-ci xətt” və “Göyçay-3” ölçü qovşaqlarından noyabrın 22-də üç gün müddətində qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd olunub ki, təmir işləri aparılan müddətdə (noyabrın 22-24-də) Ağdaş rayon mərkəzi daxil olmaqla rayonun Kükəl, Hüşün, Ərəb, Aral-1, Aral-2, Xosrov, Şəmsabad, Tofiqi, Qarağan Sədi, Qarağan Şıxlar, Əmirmahmud, Bulaqotağı, Yuxarı Qəsil, Aşağı Qəsil, Orta Qəsil, Gülbəndə, Bəylik, Şordəhnə, Qarağan Saatlı və Sadavat kəndlərinin, həmçinin, Göyçay rayonunun Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Hüngütlü, Mallı-Şıxlı, Xəlitli, Çərəcə, Müskürlü, Qəbələ-Müskürlü, Yeniarx, Çərəkə, Şıxlar və Ərəbşahverdi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı