Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 81 nəfər köçürülüb.
Kult.az Trend-ə istinadən xəbər verir ki, Laçına gedənlər arasında tanınmış aktyor Rauf Şahsuvarov da olub.
Kameramıza tuş gələn aktyor əməkdaşımıza bildirib ki, Laçında işləyəcək.
Qeyd edək ki, aktyor 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın – Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.
Rauf Şahsuvarov hazırda Bakı Uşaq teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və müxtəlif rollar oynayıb.
Aktyor “O dünyadan salam”, “Lal”, “Yol yoldaşları”, “QAZ”, “Kəndim+nizə qayıdın!?”, “Sübhün səfiri”, “Oğlan evi 2”, “Hoqqa”, “Sən demə” filmlərində, “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”, “Qız atası”, “Vicdan haqqı”, “Əqrəb mövsümü” seriallarında yaddaqalan obrazlar yaradıb.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı