Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, idarənin keçmiş əməkdaşları Akif Əliyev, Səlim Məmmədov və MTN-nin şöbə rəisinin müavini olmuş Orxan Osmanovla bağlı cinayət işi yenidən Ali Məhkəmədədir.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, kassasiya şikayətini zərərçəkmişlərin verdiyi iddia olunur. İş üzrə Tahir Kazımov hakim təyin edilib. Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur.
Akif Çovdarov, Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanov hazırda azadlıqdadırlar. Onlar bir neçə il əvvəl azadlığa buraxılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11, Akif Əliyev 5, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Onlar 2015-ci ildə həbs olunmuşdu.
A.Çovdarov 2020-ci il ildə, S.Məmmədov 2022-ci ildə əfv sərəncamları ilə azadlığa çıxıblar.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı