Audiovizual Şuranın 21 noyabr 2023-cü ildə keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.
Şuranın müvafiq qərarları ilə “Sweet TV Group AZ” MMC-yə (operatorun xidmət adı “Sweet TV”) və “Konnekt” QSC-yə (operatorun xidmət adı “NNTV”) universal platforma operatoru lisenziyaları, “Konnekt” QSC-yə (provayderin xidmət adı: “NNTV Kinoteatr”) sifarişli yayım xidməti provayderi lisenziyası, “Şou Plus Media” MMC-yə (televiziya redaksiyasının adı: “Show Plus TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.
İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunub, müvafiq qərar ilə “Startelecom” MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı