Son zamanlar açıq-saçıq geyimlərinə görə müzakirə predmetinə çevrilən Xalq artisti Tünzalə Ağayeva mövzu ilə bağlı açıqlama verib
BUTA.TV Bizim.media-ya xəbər verir ki, o, “Zarafat bir yana” axşam şousunda danışıb.
Şounun qaydalarına görə tamaşaçılardan biri mikrofon önünə keçərək Ağayevaya sual ünvanlayıb: “Bəzi xanım müğənnilər sərbəst geyimlərinə görə tənqid olunur və ya tamaşaçılar onların bu cür geyimlərini birmənalı qarşılamır. Amma siz, Tünzalə xanım, o müğənnilərdən idiniz ki, daha əvvəlki geyimlərinizlə nümunə göstərilirdiniz və nümunəvi sayılırdınız. Sizin fikrinizcə, indi hansı müğənnini nümunə göstərmək olar?”
T. Ağayeva suala belə cavab verib:
“Hər müğənni özünə görə nümunədir. Bir müğənni nümunə geyiminə görə deyil, sənətə görə ölçülür. Geyim tamamən səhnənin ab-havası, obrazı, əlçatmazlığı ifadə edir. Hər hansısa bir sahə sənət sahəsinə bənzəmir. Elə insan zövqü var ki, bunu xaricdə qəbul edir, xarici ifaçılarda... Müxtəlifliyi, rəngarəngliyi... Amma bizdə nədənsə hesab edirik ki, 70-ci illərdə ifaçılar necə idilərsə, elə də olmalıdır. Elə bir şey yoxdur. Sənətlə, intellektlə, peşəkarlıqla götürülməlidir. Türkiyədə elə müğənnilər var ki, onlar qədər cəsarətli deyilik (gülür), amma tamaşaçı onları çox sevgi ilə qarşılayır. Sənət insanı isə o insandır ki...
Baxın, qarşımda siz, publika varsınız və mən varam. Əgər mən səhnəyə çıxıb, qarşımdakı olan publikadan seçilməyəcəyəmsə, siz o müğənniyə baxmayacaqsınız. Əgər tamaşaçı müğənniyə baxıb qıcıq olursa, o, onun beyninin problemidir. Müğənninin problemi deyil”.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı