Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, onu devirmək üçün “Maydan-3” əməliyyatı bu ilin sonunda baş tutmalıdır.
BUTA.TV Publika.az-a istinadən xəbər veriri ki, Zelenski bu barədə “The Sun” qəzetinə müsahibəsində deyib. Zelenski aydınlaşdırıb ki, guya bu əməliyyatı Rusiya xüsusi xidmət orqanları inkişaf etdirir. O, ölkədə “Maydan-3”ün keçirilməsi ilə bağlı məlumatı Ukrayna kəşfiyyatı və digər tərəfdaşlarından alıb.
“Əməliyyat 2023-cü ilin sonuna qədər aparılmalıdır. Planın təfərrüatları bu anda müəyyən hadisələrdən asılı olaraq dəyişə bilər. Əsas məqsədin mənim fiziki olaraq aradan götürülməyimdir”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bu əməliyyatda istənilən mövcud vasitələrdən istifadə olunacaq.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı