Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi, eləcə də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin K.İsmayılov və Mədən küçələrinin kəsişməsində yerləşən yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə 20.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərində və “Əhmədli” qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.
Azəriqaz İstehsalat Birliyindən BUTA.TV-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, İ.Orucov, F.Bayramov, Natiq Əliyev, Afıyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, həmçinin Xocalı və Babək prospektlərinin bir hissəsinin, Suraxanı rayonunun isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır