Rusiyada 11 yaşlı oğlan anasını təhqir etdiyinə görə dostunu baltalayaraq öldürüb, cəsədi arabaya qoyub və çaya atıb.
Hadisə Krasnoyarsk diyarının Açinsk şəhərində baş verib. Yerli sakin polisə bildirib ki, 12 yaşlı oğlu evə qayıtmayıb. Axtarış təşkil edilib. Daha sonra Mazulka çayında üzərində balta zərbəsi izləri olan oğlan meyiti tapılıb. Şübhə mərhumun ögey atası və yeniyetmənin bir gün əvvəl baş çəkdiyi 11 yaşlı sinif yoldaşının üzərinə düşüb. Tezliklə itkin düşən oğlanın dostu etiraf edib ki, o, dostunu “anasına qarşı təhqiramiz ifadələr işlətdiyi üçün” öldürüb.
Onun sözlərinə görə, aralarında münaqişə olub və bu zaman o, balta ilə qonağın baş nahiyəsindən vurub. Bundan sonra meyiti arabaya qoyaraq çaya aparıb və atıb. Şübhəlinin evindən zərərçəkənin bel çantası və digər əşyaları tapılıb və o, sosial müəssisəyə yerləşdirilib.
Mənbə: news.ru
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır