Azərbaycanın "Eurovision 2011" qalibləri Nigar Camal və Eldar Qasımov Amsterdamda keçirilən konsertdə qonaqlara unudulmaz anlar yaşadıblar.
BUTA.TV xəbər verir ki, sənətçilər ötən gün Amsterdamda "Rehearsal at Ziggo Dome Arena"da baş tutan ilin ən böyük "Eurovision" konsertində çıxış ediblər. Gecənin özəl qonaqları qismində dəvət edilən ulduzlar illər əvvəl onlara birincilik gətirən "Running Scared" kompozisiyasını səsləndiriblər.
Ulduzların Avropa səhnəsindəki bu çıxışını tamaşaçılar böyük coşqu ilə qarşılayıb. Nigar Camal həm də səhnə kostyumu ilə bütün gecə göz qamaşdırıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır