San-Fransiskoda keçirilən görüş zamanı ABŞ Prezidenti Co Bayden Çin lideri Si Szinpinə arvadı Pen Liyuanın ad gününü (20 noyabr) xatırladıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Foreign Policy” adının açıqlanmasını istəməyən amerikalı mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, Bayden Szinpinlə görüşü zamanı həyat yoldaşına ad günü təbriklərini çatdırıb. Szinpin isə həddən artıq işlədiyi üçün bu tarixi unutduğunu, yalnız Baydenin təbriki sayəsində xatırladığını deyib.
“Bayden ən azı Çin liderinin həyat yoldaşının gözündə böyük xal qazanıb”, - nəşr bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də noyabrın 20-də anadan olub. Bayden bu il 81, Pen Liyuan isə 61 yaşını qeyd edəcək.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır