Bu gün meydanda ürəyimizi qoyduq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 3:0 hesabı ilə qalib gəldikləri Avro-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
"İlk yarıda çox riskə getmədik. İkinci hissədə özümüzü bir az çətinliyə saldıq. Futbolçular alqışa və bundan çoxuna layiqdirlər. Milli komanda uduzanda da stadionda ona tam dəstək vermək lazımdır. Hər görüşdə tam gücümüzü meydanda qoyuruq. Yığmamız yaxşı oyunçulardan ibarətdir. 10 nəfərlə qalanda da sonadək mübarizə apardıq və vuruşduq", - Byazi qeyd edib.
İtaliyalı baş məşqçi bu gün yaratdıqlarını qol şanslarından istifadə etdiklərini söyləyib:
"Avstriya ilə oyunda bunu bacarmadıq. Komanda inkişaf edib. Bu, göz önündədir. Bazar günü Belçikaya qarşı ağır qarşılaşmamız olacaq. Bu matça da yaxşı hazırlaşacağıq".
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır