20:24
Avro-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.
BUTA.TV xəbər verir ki komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov
Baş məşqçi: Canni De Byazi
İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres
Baş məşqçi: Yanne Anderson
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.
***
Bakı vaxtı ilə saat 21:00-da matç start götürüb.
***
Qarşılaşmanın 3-cü dəqiqəsində millimizin oyunçusu Emin Mahmudov hesabı açıb: 1 - 0
***
6-cı dəqiqədə Renat Dadaşov komandamıza növbəti qolu qazandırıb: 2 - 0
***
89-cu dəqiqədə Emin Mahmudov növbəti dəfə fərqlənərək 3-cü qolu rəqibin qapısından keçirib: 3 - 0
***
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.
Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır