Gəncə şəhərində 37 yaşlı kişi sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.
BUTA.TV Report-a istinadən məlumatına görə, hadisə Gəncə şəhər Məhsəti qəsəbəsi, 8-ci küçədə yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Ə.Bağırov sirkə turşusundan zəhərlənib.
O, Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır