İsrail üzərində təsir gücünə malik olan Qərb dövlətləri Qəzzada baş verən vəhşiliklər qarşısında tamamilə susdular.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“İsrailin Qəzzadakı qanunsuzluqları qarşısında susmaq dünyanın digər yerlərində qanun pozuntularına yaşıl işıq yandırmağa bərabərdir. Müqaviməti məhv etmək üçün Qəzzanın hədəfə alındığı, xəstəxanalar və məktəblərin bombalandığı üçün səssiz qala bilmərik. Biz bu qətliamı dayandırmaq və bu vəhşiliyə son qoymaq üçün çox çalışırıq. İsrailin hücumları dərhal dayandırılmalı və ikidövlətli həll mümkün qədər tez həyata keçirilməlidir”, - nazir bildirib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır