2022-ci ildən sonra Ermənistan Müdafiə Nazirliyi hərbi texnikanın və silahların alınması ilə bağlı çoxlu müqavilələr imzalayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
O bildirib ki, bu müqavilələrin neçəsinin yerinə yetirildiyi, neçəsinin yerinə yetiriləcəyi və neçəsinin heç vaxt reallığa çevrilməyəcəyi bəlli deyil:
“Təəssüf ki, silah tədarükü sahəsində imzalanmış müqavilələr həmişə reallığa çevrilmir. Ümumiyyətlə, silah tədarükü kifayət qədər mürəkkəb sahədir və koordinasiya edilməlidir. Hindistandan bir neçə top, Fransadan bir neçə zirehli texnika, başqa yerdən başqa bir şey alsanız, sual yaranır: Bütün bunlar birlikdə necə ahəngdar işləyəcək?”
Hərbi ekspert qeyd edib ki, Ermənistan 3 ildir heç bir böyük hərbi təlim keçirmir və bu silahların döyüş əməliyyatları zamanı işlək olub-olmayacağı sual doğurur:
“Son vaxtlara qədər bizim Hindistandan böyük miqdarda döyüş sursatı gətirmək təcrübəmiz olmayıb. Məsələ onların hərbi şəraitdə normal işləyib-işləməyəcəyidir”.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır