Qarabağdakı keçmiş separatçı rejimin 44 günlük müharibənin başlamasından bir neçə saat əvvəl – 2020-ci il sentyabrın 26-da qondarma “Stepanakert şəhəri günü”nü qeyd etməsi görüntüləri üzə çıxıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, videoda separatçıların keçmiş lideri, Gəncənin bombalanması əmrini verən, hazırda isə Bakıda təcridxanada cəzasını gözləyən Araik Arutyunyan da var. O, əli Azərbaycan xalqının qanına batmış başqa bir caninin – Stepan Şaumyanın heykəli önünə gül qoyur.
Mərasimi isə orkestr müşayiət edir…
Yəqin, Azərbaycanın tarixi torpaqlarında soyqırım törədib oyuncaq “dövlət” quranlar və bu videoda yer alanlar ağıllarına belə gətirməzdilər ki, kadrlar çəkildikdən bir neçə saat sonra Azərbaycan Ordusu ildırımsürətli əks-hücum əməliyyatına başlayıb, ərazilərini işğaldan azad edəcək.
Onu da düşünmürdülər ki, cəmi 3 il sonra Xankəndidə, Xocalıda və digər ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanacaq.
Terrorçu-separatçı rejimin İkinci Qarabağ müharibəsindən 1 gün əvvəl keçirdiyi qondarma “Stepanakert şəhəri günü”nün görüntülərini təqdim edirik:
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır