Milli Məclisin spikeri Sahibə Qafarova “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatların iradlarına narazılıq edib.
BUTA.TV xəbər verir ki, sədr təəssüflə bir neçə çıxışda dövlət büdcəsi barədə nəsə deyilmədiyini bildirib.
“Niyə bir söz tapıb, Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Razi müəllim sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın statistikasına baxasınız- qoçuluq və s. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz – qoçuluqda? Danışanda fikirləşin!”, - S.Qafarova əlavə edib.
Qeyd edək ki, parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev bəzi nazirləri qoçuluqda ittiham edib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır