Humanitar yardım daşıyan 98 yük maşını bazar ertəsi günü “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi X sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, 42 yük maşını Qəzzaya ərzaq (963 ton), 14-ü tibbi avadanlıq (176 ton), 19-u su (380 ton), 15-i müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşyalar (225 ton) və daha 8 maşın isə qarışıq yük (137 ton) daşıyıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır