Xalq artisti Alim Qasımov Zəfər bayramına həsr olunmuş “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində çıxış edib.
Kult.az xəbər verir ki, A.Qasımov bu barədə öz İnstaqram səhifəsində paylaşım edib:
“Zəfərin 3-cü ildönümündə 700-ə yaxın qəlbiyaralı şəhid anasının qürurunu gördük. Böyük məsuliyyət idi, onların qarşısında dayanmaq... "Mənim oğlum qəhrəmandır" layihəsində hisslərimizi, düşüncələrimizi şəhid əmanətlərinin qəlbinə kökləməyə, musiqinin diliylə onlarla həmdəm olmağa çalışdıq. Əziz şəhidlərimizin xatirəsini "Xatirədir" nəğməsilə yad etdik. Sənət dünyasının xəyal gücü onları nəğmələrdə yaşatmağa yetir”.
Tədbirin təçkilatçılarından “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov da xanəndənin çıxışı ilə bağlı öz İnstaqram səhifəsində fikirlərini bölüşüb:
“O muğam sənətinin bizə verdiyi dəyərdir. Dahiliyini həm sənətində, həm də şəxsiyyətində daşıyır. Onun "Xatirədir" mahnısı şəhidlərimizin xatirəsi üçün yazılıb, sanki”
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır