Rusiya Müdafiə Nazirliyinin Dneprdəki qoşunların mövqeyi ilə bağlı yaydığı məlumat dərhal silinib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, məlumatda buradakı qrupun komandanlığının qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarı verdiyi vurğulanıb.
Sözügedən məlumatın RİA Novosti və TASS İnformasiya Agentliyinin veb səhifələri və sosial şəbəkə hesablarından dərhal silinməsi ölkədə ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın nəzarətində olan Dnepr çayının sol sahilində bəzi ərazilərə nəzarəti ələ keçirdiyi iddia edilir. Rusiyanın məhz bu istiqamətdə yeni hücuma hazırlaşdığı deyilir.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır