Türkiyəli aktyor Burak Özçivit məşhur futbolçu Kriştiano Ronaldo ilə eyni layihədə yer alacaq.
BUTA.TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Burak jurnalistlərə açıqlaması zamanı bildirib. Bir müddət əvvəl Ronaldo ilə bir araya gələn məşhur onunla eyni layihədə yer alacaqlarını deyib:
“Bəli Kriştiano Ronaldo ilə biraraya gəldik. Yenidən görüş təyin edəcəyik. Bu barədə ətraflı açıqlama vermək istəmirəm. Bu doğru olmazdı. Bu səbəblə də birlikdə yer alacağımız layihədən bəhs edə bilməyəcəm”.
Qeyd edək ki, Burak hazırda Türkiyədə yayımlanan "Kuruluş Osman" serialında Osman bəy obrazına həyat verir.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır