Necə ola bilər ki, İran Prezidenti İbrahim Rəisi 9 noyabrda Daşkənddə azərbaycanlı həmkarı İlham Əliyevlə görüş zamanı Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünün təmini, Qarabağın yenidən Azərbaycana qovuşması münasibətilə dövlət başçımızı təbrik edir, bundan bir gün sonra İranın Ermənistandakı səfiri Mehdi Sübhani öz prezidentinin söylədiklərinin əksini bildirib?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin “Sivilnet”ə müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O bildirib ki, İran səfiri Azərbaycanın Qarabağda “etnik təmizləmə” həyata keçirdiyinə işarə edərək, Qarabağda ermənilərin “legitim” haqlarının bərpasının vacibliyindən danışıb:
“İran səfirinin bu mövzuda danışmağa haqqı yoxdur. Birincisi, ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmədiklərinə və Azərbaycan vətəndaşlığını qəbul etmədiklərinə görə ərazimizi tərk ediblər. Bu onların seçimidir. İkincisi, Tehran İranda yaşayan hansı etnik qrupun legitim haqlarını təmin edib ki, indi iranlı diplomat bizə bu mövzuda “məsləhət” vermək istəyib?
İran prezidenti ilə bu ölkənin səfirinin bir-birinə zidd açıqlamalar verməsi ondan xəbər verir ki, Tehran Azərbaycanla münasibətlərdə, əvvəlki kimi, səmimi deyil. Bunu Bakı da anlayır. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi iranlı diplomatın təxribatçı fikirlərini pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi İran rəsmilərinin və diplomatlarının eyni mövzuda fərqli fikirlərinə diqqəti çəkib”.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır