İsrail – Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxış edərkən söyləyib.
O həmçinin Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır