Qobustan rayonunun Şıxzərli (Şıxzahirli) kəndindən rayon mərkəzi Mərəzə qəsəbəsinə olan məsafə Azərbaycan Avromovil Yolları Dövlət Agentliyinin sayəsində iki dəfə artıb.
Bu barədə BUTA.TV-a kənd sakinləri bildiriblər.
Sakinlərin sözlərinə görə, kənddən əsas magistral yola çıxış zamanı Mərəzə istiqamətinə keçmək üçün mütləq Bakı istiqamətində 3-4 km yol qət etmək lazımdır. Çünki geriyə qayıdış üçün ən yaxın imkan Ceyrankeçməzdə yerləşir.
Nəticədə sakinlər rayon mərkəzi ilə 8 km-lik məsafənin 16-17 km-ə qədər artdığını bildirirlər ki, bu da həm vaxt, həm yanacaq sərfinə görə ciddi narahatlıq doğurur.
Maraqlıdır ki, AYDA Qobustan rayonunun mərkəzinə qədər yalnız Şıxzərli sakinlərinə bu qədər zülm etməyi məsələt bilib. Belə ki, Ərəbqədim kəndindən magistrala çıxışda hər iki istiqamətə çıxış üçün normal şərait yaradılıb.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi