Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, VAZ-2106 və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində "Şabran otel"in işçiləri - 1992-ci il təvəllüdlü Əlisahib Mirzə oğlu Zeynalov, Cəmil Əşrəf oğlu Vəliyev, 2004-cü il təvəllüdlü Elmir Vüsal oğlu Sərdarov, 2007-ci il təvəllüdlü Cavad Həbib oğlu Zeynalov və 1988-ci il təvəllüdlü Elxan Pirverdi oğlu Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi