Xankəndidə nəzərdə tutulan hərbi paraddan bir neçə gün öncə rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına açıqlamasında demişdi ki, paradda guya Rusiya sülhməramlıları da iştirak edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Stanislav Tarasov erməni separatizmini illərdir təbliğ edən birisidir:
“Rusiyalı sülhməramlılarla birgə hərbi parad Azərbaycanın milli və təhlükəsizlik maraqlarına zidd olduğundan Tarasovun açıqlamasının təxribat xarakterli olduğunu bir neçə dəfə səsləndirdim. Hansı məntiqlə rusiyalı sühməramlılarla birgə hərbi parad keçirməliydik? Görünür, bu cür xəbərlərin yayılmasında məqsəd bir tərəfdən "birgə" hərbi paradla bağlı Azərbaycanın nəbzini yoxlamaq idisə, digər tərəfdən sonrakı mərhələdə “Azərbaycan Rusiya ilə birgə hərbi parada razılaşmadı” kimi dezinformasiyalara şərait yaratmaqdır. Xankədidəki hərbi parad planlaşdırıldığı kimi keçirildi, Rusiya hərbi kontingentinə isə geri dönüşün yolu görsənir”.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi