Hazırda Ermənistan və Azərbaycan sülh müqaviləsi üzərində işləməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının müavini Vaan Kostanyan məlumat verib.
Konstanyanın sözlərinə görə, iki ölkə rəhbərləri arasında görüşlərin olmamasına baxmayaraq, tərəflər arasında dialoq davam edir:
“Biz digər vasitələrlə daim əlaqə saxlayırıq. Yüksək səviyyəli yeni görüşü səbirsizliklə gözləyirik”, - Kostanyan izah edib.
O həmçinin bildirib ki, Ermənistan və Azərbaycan nümayəndələrinin növbəti dəfə harada və nə vaxt görüşə biləcəyini demək üçün hələ hazır deyil:
“İnanmıram ki, Bakı ilə danışıqlar dalana dirənib”.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi