Müğənni Doğuş haqda qalmaqallı açıqlamalar verən "Show tv"nin aparıcısı Didem Arslan Yılmaz bütün söylədiklərini təkzib edib.
BUTA.TV azxeber.com-a istinadən xəbər verir ki, günlərdir efirdə səslənən fikirlərin yalnış olduğunu isbatlayan aparıcı, şikayətçi qismində gələn Esra adlı xanıma məlumatları verərək, onu inandırmağa çalışıb. Bu zaman aparıcı bildirib:
"Efirdə səsləndirdiyiniz isimlərin heç birinin Doğuşla bir əlaqəsi yoxdur. Araşdırdıq, qeyd etdiyiniz insanların heç birisi Doğuşla çalışmır" deyib.
Daha sonra Didem Arslan Yılmaz Xoşqədəm Hidayətqızıdan üzr istəyib və cütlüyün boşanma xəbərlərinin yalan olduğunu açıqlayıb:
"Bir qadın olaraq dəyərli həmkarımın üzülməyinə səbəb olduğum üçün sizdən üzr istəyirəm, hörmətli Xoşqədəm Hidayətqızı. Boşanacaqları haqda çıxan xəbərlər də yalandır" - deyə aparıcı sonda qeyd edib.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq