Bu gün Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, Sumqayıt şəhərində dəm qazı 1.2 dəfə normadan yüksək olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, Sumqayıt şəhərində dəm qazı 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi