2023-cü ilin sentyabr (19 sentyabrdan başlayaraq) və oktyabr aylarında beynəlxalq mətbuatda Qarabağdakı vəziyyətə həsr olunmuş 1,8 mindən çox məqalə dərc olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X sosial şəbəkəsində məlumat yayıb.
Badalyan qeyd edib ki, sentyabrda dünya mətbuatında mindən çox, oktyabrda isə 800-dən çox material dərc olunub. Nəşrlər Qarabağı tərk edən “100 mindən çox insan”ın hekayələrinə istinad ediblər.
Badalyan bu rəqəmlə qürur duyduğunu da gizlətməyib:
“Azərbaycanın sentyabrın 19-da Qarabağa hərbi hücumundan və “etnik təmizləmə”dən sonrakı vəziyyətin obyektiv beynəlxalq işıqlandırılmasını qeyd etmək vacibdir”.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?