Bu il İstanbulda yağıntıların azalması nəticəsində şəhəri içməli su ilə təmin edən on hövzənin üçündə doluluq səviyyəsi 3, digər yeddisində isə 20 faizədək azalıb.
BUTA.TV xəbər verir ki, yaranan vəziyyətin səbəbi kimi şəhərin son illərin ən böyük quraqlıqlarından biri ilə üzləşməsi, uzun illər ərzində yağıntıların orta səviyyədən aşağı düşməsi və temperaturun iqlim normasından çox olması göstərilir.
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına əsasən, şəhərin əsas su rezervuarlarından olan Büyükçekmece gölü də quraqlığın ciddi təsirlərinə məruz qalıb. Belə ki, göldə ötən ilin eyni dövründə 46,64 faiz olan suyun həcmi bu il 3,97 faizə düşüb. Bu, son 11 ilin ən aşağı göstəricisidir.
Mütəxəssislər yaranmış vəziyyətlə əlaqədar istanbulluların suya qənaət edərək, gündəlik istifadəni üç dəfə azaltmağı məsləhət görürlər.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?