“Vaqner” üzvlərindən biri Rusiya lideri Vladimir Putinə video-müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaqner”in sosial media hesabında məlumat yayılıb. Üzü bağlı olan vaqnerçi adını çəkmək istəmədiyi yerdən yeni gəldiklərini bildirib:
“Mən müdafiə naziri Şoyquya, Baş Qərargah rəisi Gerasimova deyil, birbaşa Prezident Vladimir Putinə müraciət edirəm: xahiş edirəm, bizi “Vaqner” komandanlığı altında ya Ukraynaya, ya da Fələstinə göndərin!”
O bildirib ki, kimlərləsə hansısa müqavilə bağlamaq istəmirlər (vaqnerçilərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq öhdəliyi qoyulub):
“Biz heç vaxt sizə qarşı olmamışıq, Vladimir Vladimiroviç! Çinki biz vətənpərvərik. Ona görə sizdən acizanə xahiş edirik: icazə verin, Ukrayna və ya Fələstinə “Vaqner” adı altında gedək. İnanırıq ki, siz bizi yaxşı başa düşürsünüz”.
O bildirib ki, bununla bağlı vaqnerçilərin Putinə rəsmi məktubu var və o məktub Putinə çatanda, yəqin ki, doğru qərar verəcək.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?