Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam atasının təhlükəsizlik xidmətində vacib və məsul vəzifəyə təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Teleqram kanalında yazıb. “Hörmətli qardaşım Adam Kadırovu Çeçenistan Respublikasının rəhbərinin təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”, - Dudayev bildirib.
Onun sözlərinə görə, Adam Kadırov özünü cəsur vətənpərvər və dinin müdafiəsinə qalxmağa hazır bir insan kimi göstərib, həmçinin bir neçə dəfə hərbi əməliyyatlar zonasında olub.
Qeyd edək ki, Adam Kadırov ötən ay Çeçenistan Qəhrəmanı adına layiq görülmüşdü.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?