Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanla Ermənistanı iqtisadi baxımdan müqayisə edib.
BUTA.TV xəbər verir ki, o, Azərbaycanın indiki şəraitdə böyük iqtisadi potensiala malik olduğunu bildirib. “İqtisadi potensial - gəlin müqayisə edək: Azərbaycanın 10 milyon əhalisi var, Ermənistanın isə deyirlər ki, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil – Ermənistanda maksimum 2 milyon insan var. Azərbaycan iqtisadi və maliyyə baxımından əhəmiyyətli üstünlüyə malikdir”, - Patruşev Rusiya Forumu çərçivəsində keçirilən “Bilik” cəmiyyətinin marafonunda deyib.
Qeyd edək ki, ermənilər bu müqayisəni Ermənistanın aşağılanması kimi qəbul ediblər.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?