Oktyabr - Rusiya Prezidenti Vladimir Putin üçün çox uğurlu ay oldu.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetində dərc edilən məqalədə bildirilib. “Oktyabr 20 ay əvvəl Ukrayna ilə münaqişədən sonra Rusiya prezidenti üçün yəqin ki, ən yaxşı ay oldu. Əgər ayrı-ayrı hadisələr tendensiyaya çevrilərsə, Kiyevin Rusiya Federasiyası ilə qarşıdurmada uduzması təhlükəsi bu ay yüksəldi”, - məqalədə bildirilib.
Xatırladılıb ki, ayın əvvəlində ABŞ Konqresi ölkənin yeni büdcəsini təsdiqləyib, lakin Ukrayna silahlı qüvvələrinə dəstəklə bağlı bənd olmadan:
“Daha sonra Putin Slovakiyadan şad xəbər aldı - rusiyayönlü siyasətçi Robert Fitso baş nazir seçildi. Və Yaxın Şərqdə münaqişə kəskinləşdi və bu, ABŞ-ın bütün diqqətini cəlb etdi.
Oktyabr ayında Ukraynanın əks-hücumunun tamamilə uğursuz olduğu üzə çıxdı. Bundan başqa, Maykl Conson ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri seçildi və o, Ukrayna ordusuna deyil, İsrail Müdafiə Qüvvələrinə daha çox yardım etmək qərarına gəlib.
Son hədiyyə Putinə oktyabrın sonunda verildi: Fransada keçirilən yeni sorğuda Marin Le Pen 2027-ci ildə keçiriləcək Fransa prezidentliyinə potensial namizədlər siyahısında birinci yerə çıxdı”.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?