Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında Report-un sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, azad edilən ərazilər kütləvi şəkildə minalanıb:
“Son mina qurbanımız dünən olub. Xoşbəxtlikdən həmin şəxs sağ qalıb. Antiterror tədbirlərindən sonra azad etdiyimiz ərazilərdə vəziyyət təhlil olunacaq. Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb. Orta hesabla həmin o minaların dərinliyi 2 km-dir. Bu, o deməkdir ki, əlavə olaraq 960 kvadrat km. ərazi minalanıb. Qiymətləndirmə ondan ibarətdir ki, biz orada 100 minlərlə əlavə minaların basdırılması barədə danışırıq”.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?