Balakən rayonunda minik avtomobili traktorun qoşqusuna çırpılıb. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri isə xəstəxanaya çatdırılıb.
BUTA.TV xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının Balakənin Katex kəndindən keçən hissəsində baş verib.
29 yaşlı rayon sakini Şaban Çalabovun idarə etdiyi “Mitsubişi” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində sürücü Şaban Çalabov ciddi xəsarət almasa da, onun 28 yaşlı qardaşı Əli Çalabov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Maşındakı digər sərnişin, sürücünün atası 63 yaşlı Rəcəb Çalabov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım maşını ilə Rəcəb Çalabov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video