İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyənin “Trendyol” şirkətinin nümayəndələri arasında Azərbaycanın istehlak bazarında seçimin və əlçatanlığın daha da genişlənməsi məsələləri müzakirə edilib.
BUTA.TV Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə Xidmət rəsmilərinin Türkiyənin “Trendyol” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
Məlumata görə, görüşdə dövlət-özəl dialoqunun vacibliyi vurğulanıb.
Həmçinin, görüşdə rəqabət və istehlakçı hüquqlarının müdafiəsi mövzularında müzakirələr aparılıb. Eyni zamanda, sahibkar-istehlakçı münasibətlərində istehlakçı məmnuniyyəti və institusional yönümlü davranışların əhəmiyyəti qeyd olunub.
Nümayəndə heyətinə, həmçinin Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Rəqabət Məcəlləsinin yeni layihəsi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqinə töhfə verəcək. Aparılan müzakirələr zamanı tərəflər qanunvericiliyin təminatında dövlət-özəl dialoqunun vacibliyini vurğulayıblar.
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto