Övladı üçün aliment ödəməyən ata məgər dövlətə pul verəcək? Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasına qarşıyam.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
“Biz müsəlman dövləti olduğumuzdan ailə dəyərləri yüksəkdir. Lakin ata öz uşağının pulunu vermirsə, sizcə, dövlətə pul verəcək? Elə qanun və qaydalar yaratmalıyıq ki, atanı məcbur edib pulu ödətməliyik. Niyə alimenti dövlətin boynuna qoymalıyıq?! Uşaqların anadan olması üçün ödənilən birdəfəlik müavinət məbləğinin artırılmasının tərəfdarıyam”, - deputat əlavə edib.
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto