İsrailə dəstək avtoyürüşü 29 oktyabrda keçirilib.
Bu barədə BUTA.TV-ın sorğusuna cavab olaraq aksiyanın təşəbbüskarı, İsrail-Azərbaycan Şahdağ təşkilatının Azərbaycan nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, aksiya 35 maşın karvanı ilə Novxanı kəndində baş tutub.
Həmçinin, təşkilatdan aksiyanın Tehran səfirliyi qarşısından keçirilməsi haqda yayılan məlumatlara da aydınlıq gətirilib:
“Aksiyanın İranın Bakıdakı səfirliyi qarşısından keçirilməsi yalan məlumatdır. Biz səfirlik qarşısında sonuncu yürüşümüzü hələ İsrail-Fələstin müharibəsi başlamamış, Azərbaycanın Tehrandakı səfirliyinə hücumuna etiraz olaraq keçirmişdik. Orada İran polisini, səfirliyə qarşı hücumu pisləyirdik. Bunu həmin dövrdə yayımladığımız görüntülər də təsdiqləyir”.
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq