Ötən gecə Bakıda qəzaya uğrayan “Ferrari” markalı avtomobilin kimə məxsus olması müzakirələrə səbəb olub.
BUTA.TV Bakipost.az-a istinadən xəbər verir ki, baza məlumatlarında 77 SM 077 dövlət nişanlı “Ferrari California T” markalı avtomobili idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi göstərilir. N.Babayev adı insanlar arasında bu şəxsin keçmiş İqtisadiyyat naziri Heydər Babayevin oğlu olması ehtimalını yaradıb.
Məlum olub ki, həmin avtomobilin keçmiş nazirlə heç bir əlaqəsi yoxdur.
Gürcüstan vətəndaşı olan Babayevin adı Nazhmaddin kimi qeyd olunub. Bu şəxs maşını etibarnamə ilə Yasamal rayon qeydiyyatında olan Mirsəlim Cəlil oğlu Məmmədzadə adlı şəxsə verib.
Onu da qeyd edək ki, qəzaya uğrayan avtomobilin qiyməti 400 min manatdan başlayır.
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq