Azərbaycan Ordusunun 19 sentyabrda 24 saatlıq antiterror əməliyyatından sonra təslim olan və silahları təhvil verməyə razılaşan erməni separatçı dəstəsinin bir çox üzvünün silahları özləri ilə Ermənistana apardığı üzə çıxmaqdadır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediasının yaydığı məlumatda bildirilir.
Bu gün daha bir sakin polisə qapalı nömrədən zəng edərək, “sentyabr ayında Qarabağdan gətirdiyi silahı” təhvil vermək istədiyini bildirib. O, Eçmiədzin ərazisində silahı qoyduğu yeri təsvir edib və dəstəyi asıb.
Polis əməkdaşları erməni sakinin dediyi yerdən bir ədəd “Kalaşnikov” avtomatı, 83 ədəd müxtəlif çaplı güllə, 1 ədəd daraq aşkar ediblər.
Ermənistan polisi könüllü təhvil verilən silah-sursata görə cinayət işi açılmadığını bir daha elan edib.
Qeyd edək ki, antiterror tədbirlərindən sonra Ermənistana gedən ermənilərin bu silahları “Laçın” postundan necə keçirə bildiyi haqda heç bir təsəvvür yoxdur.
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq