Ağsu rayonunda intihar hadisəsi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, rayonun Ülgüc kəndində yaşayan Vətən müharibəsi qazisi, 1992-ci il təvəllüdlü Babayev Rabil Kamal oğlu intihar edib. O, yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub.Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Qarabağ qazisinin döyüş yoldaşlarının saytımıza verdiyi məlumata görə, Rabil Babayevin sosial durumu çox ağır olub. O, dəfələrlə işlə təmin olunması üçün aidiyyəti qurumlara müraciət etsə də, qazinin sosial problemi həllini tapmayıb. O, sonuncu dəfə Ağsu rayon İcra Hakimiyyətinə iş üçün müraciət edib və oradan evə geri qayıdan kimi intihar edib.
Mərhumun cibindən məktub tapılıb. "Cəsur döyüşcü", "Vətən müharibəsi iştirakçısı" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunan Rabil Babayevin ölümündən öncə məktubda nə yazdığı, eləcə də onun canına qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur.
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı