Hazırda Evin həbsxanasında saxlanılan siyasi məhbus, Nobel mükafatçısı Nərgiz Məhəmmədi BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Məhəmmədinin adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.
“Mövcud rejim İran cəmiyyətini qadınlarını ölüm ilə məcburi hicab arasında seçim etmək vəziyyətinə salıb. İranın Birləşmiş Millətlər Təşkilatının İctimai Assambleyasının sədrliyindən uzaqlaşdırılmasını istəyirik”, - Məhəmmədi məktubunda qeyd edib.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
Məhəmmədi son məhkumluq dövründən əvvəl 5 il yarım məhkumluq dövrü yaşayıb.
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi