Qəzza zolağının altındakı tunellərin ölçüləri onlardan motosikletlərin və hətta avtomobillərin keçməsinə imkan verir.
BUTA.TV xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri deyib.
“Təkcə Qəzzanın şimalında Fələstin müqavimətinin üzvləri 400 km-dən çox yeraltı tunel tikiblər və bəzən motosikletlər və hətta avtomobillər də bu tunellərdən keçir. Bu keçidlərin bir ucu İsrail ərazisində, digəri isə Qəzza zolağındadır. Fələstin döyüşçüləri İsrailin quru əməliyyatına hazırdır və biz son bir neçə gündə düşmənin məğlubiyyətinin nəticələrini gördük. Qəzzada internet olan kimi yanmış İsrail tanklarının və ölən əsgərlərin fotoşəkillərini görə biləcəyik”, – Bagiri bildirib.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt