Türkiyə Cümhuriyyətinin xoşbəxt, firavan və qalib olmasına heç bir güc mane ola bilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə bağlı xalqa müraciətində deyib.
"İnşallah, çox da uzaq olmayan gələcəkdə 100 milyon əhalisi olan Türkiyəni görəcəyik. Üzvü olmaqdan qürur duyduğumuz sevimli millətimizə 21 ildir ki, “Millətə ağalıq yoxdur, xidmət var” inancı ilə yanaşırıq. Biz ağa deyil, xidmətçiyik. Bütün sahələrdə nəhəng addımlar atmışıq. Hazırda isə 100 illik yubileyə layiq konstitusiya istəyirik”, - Türkiyə lideri bildirib.
R.T.Ərdoğan vurğulayıb ki, harada məzlum, qurban, göz yaşı tökən varsa, onun köməyinə gələn, əlindən tutub ayağa qaldıran, dərdinə şəfa verən Türkiyədir".
Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət, Qarabağda göstərmişik", - Ərdoğan əlavə edib.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt